• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kimyəvi terapiya alan aktrisa danışdı

Kimyəvi terapiya alan aktrisa danışdı

Publika.az xəbər verir ki, xalq artisti, saysız tamaşalarda ifa etdiyi rolları ilə tamaşaçıların sevimlisi olan Kubra Əliyeva ATV kanalında teatrdan getməsinin səbəblərindən danışıb. 42 il aktrisalıq edən Kubra xanım yorğunluqdan şikayətlənib:

“Yaxşı ki, teatrdan getdim. Mənim artıq o qüvvəm yoxdur. Mən o yorğunluğu davam etdirsəm, yəqin ki, həyatıma son qoyaram”.

Kubra xanım serial və filmlərə çəkilmək üçün təkliflər gəlsə də o, bu təklifləri qəbul etmədiyini deyib:

“Türkiyədə müayinə olunurdum. Məni Azərbaycanda seriala nənə roluna dəvət etdilər. Çox sağolsunlar. Amma mən bunu qəbul edə bilmədim. Bir yerə gedirəmsə, ikinci yeri təxirə salmalı oluram. Kimyəvi terapiya və müxtəlif şüalar aldım”.

Xalq artisti Türkiyədə çəkilişlərindən də danışıb:

“Türkiyədə çəkilişlər səhər saat 6-da başlayır və gecə saat 1-ə kimi davam edir. Mən bu yorğunluğu çəksəm həyatıma son verərəm. Darıxıram. Teatr üçün ürəyim atdanır. 42 il teatrda nəfəs alan insan teatrsız necə yaşayır özünüz təsəvvür edin. Amma o sağlamlığım yoxdur”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR