Əməkdar artist: “Nə vaxta qədər onun-bunun serialına baxacağıq”
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Nə vaxta qədər onun-bunun serialına baxacağıq”

Bir çox tanınmış aktyorlarımızdan fərqli olaraq, əməkdar artsit Şamil Süleymanlı yerli seriallardan narazılıq etmir.

Rejissorların təklifini məmnuniyyətlə qəbul etdiyini deyən aktyor Publika.az-a açıqlama verərək filmlərlə bərabər seriallara da çəkiləcəyini bildirib: “Nə vaxta qədər onun-bunun serialına baxacağıq? Buna görə də, peşəkar aktyorlar bu işdə yaxalarını kənara çəkməməlidir. Başlanğıcda həmişə çətinliklər olur. Mən “Həyat nə qəribəsən” serialına çəkilmişəm, yenə də rejissorlardan təklif gözləyirəm. Aktyor həmişə çəkiliş meydançasında, səhnədə olmalıdır. Vaxt gələcək, bizim seriallarımız da xaricdə göstəriləcək”.

Onun üçün rolun böyüyü-kiçiyi olmadığını deyən əməkdar artist istənilən rolda oynamağa hazır olduğunu deyib: “Əsas şərt rolu tamaşaçıya sevdirməkdir. Fərqi yoxdur, böyük rol olsun, ya epizodik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm