Seks və sevişmək arasındakı fərqlər
Bizi izləyin

Tabloid.az

Seks və sevişmək arasındakı fərqlər

Tarix boyu psixoloqlar “Seks və sevişmək eynidir?” sualına cavab axtarıblar. Maraqlıdır ki, kişilər və qadınlar üçün bu sualın cavabı çox fərqli olur.

Adətən, kişilər sekslə sevişmək arasında heç bir fərq görmədikləri halda, qadınlar üçün sevişmək seksdən daha üstündür.

Ötən yazılarımızda da fikirlərinə yer verdiyimiz türkiyəli məşhur həkim və psixoterapevt Cem Keçə “Hürriyət” üçün maraqlı bir məqalə qələmə alıb.

Publika.az-ın tabloid bölməsi həmin məqaləni təqdim edirik:

Kişilər seksi, qadınlar isə sevişməyi sevirlər. Seks erotikanı, sevişmək isə romantikanı bəsləyir.

Müxtəlif pozalarda iki şəxsin cinsi orqanlarının birləşməsi mənasını verən seks çoxalmaq və orqazm olmaq üçün həyata keçirilən aktdır. Seks insanoğlunun soyunun davamına təminat verməklə yanaşı, məhz həzz almaq üçün də həyata keçirilir. Bu yolla insanlar həm özlərinin, həm də partnyorlarının təbii ehtiyaclarını ödəmiş olurlar.

Ənənəvi vaginal sekslə yanaşı, oral seks, anal seksə müraciət edən, həmçinin, qarşılıqlı şəkildə bir-birlərinə masturbasiya edərək seks ehtiyaclarını təmin edən cütlüklər də var.

Sevişmək isə içərisinə seksin də daxil olduğu daha geniş bir prosesi əhatə edir. Sevişmək seksdən daha üstündür və iki ruhla bədənin bütünləşməsi, qovuşması kimi başa düşülür. Sevişmək toxunmaq, xoşbəxtlik vermək sənətidir.

Sevənlər sevişirlər, ehtirasa gələnlər sekslə məşğul olurlar

Sevən insanlar sevişirlər. Sekslə məşğul olanlar isə ehtirasın diqtəsi ilə hərəkət edənlərdir.

Sevişmək sözünün kökündə sevmək sözü durur. Sevişmək üçün bədənlərdən öncə bir-biri üçün döyünən iki ürəyə sahib olmaq lazımdır. Sevişmək qarşılıqlı şəkildə sevmək mənasını verir. Seksdən fərqli olaraq sevişmək üçün müəyyən bir orqana ehtiyac duyulmur.

Sevişərkən bədəninizin hər orqanınından istifadə etməlisiniz. Baxışlar, sözlər, qoxular, ürəyin döyüntüləri və toxunuşlar sevişərkən böyük əhəmiyyət daşıyır.

Buna görə də sevişmək deyəndə duyğuların və ruhun birləşdiyi bir təcrübə, seks dedikdə isə mexaniki olaraq bədənlərin birləşməsi nəzərdə tutulur.

Seks cinsəl həzz almaq üçün cinsiyyət orqanları ilə icra edilir ki, buna da hormonlar və iradəni zəiflədəcək qədər güclü olan ehtiras səbəb olur.

Sevişmək isə qarşınızdakı insana duyduğunuz sevgi, ona toxunmaq istəyi və qucaqlamaq ehtiyacından qaynaqlanır.

Yaxın olmadığınız biriylə sevişə bilməzsiniz

Hər insanla sekslə məşğul ola bilərsiniz, ancaq yaxın olmadığınız biriylə sevişə bilməzsiniz. Sevişmək üçün həmin insanla çox yaxın olmalısınız, ona güvənməli, gələcəyinizi onunla görməlisiniz.

Ona görə də bir-birini sevməyən iki insan sekslə məşğul olsalar belə, əsla sevişə bilməzlər. Çünki sevişmək üçün cütlük bir-birinə toxunaraq sevgilərini ifadə etməlidir.

Baxışların, toxunuşların, öpüşlərin, qucaqlaşmaların sonunda vagina ilə penis qovuşmasa belə iki insan sevişmiş sayıla bilər.

Sevişmək xüsusilə də qadınlar üçün çox önəmlidir. Kişilərin seksə üstünlük vermələri qadınları cinsi həyatdan soyudur. Kişilərin vizual yaddaşı daha güclüdür. Onlar gördükləri qadın xoşlarına gəldikdə, seksə hazır olurlar. Qadının cinsi akta hazır olması üçün isə onlara bir az romantik davranmaq lazımdır. Qadın ancaq incə toxunuş, zərif öpüş və xoş sözlərlə cinsəl həyatdan zövq ala bilər.

Kişilərin cinsi əlaqə üçün duyğuya, hissə ehtiyacları yoxdur. Onlar bunu mexaniki olaraq həyata keçirirlər. sadəcə heyvani hisslərlə…

Qadınlarda isə vəziyyət tam fərqlidir. Qadında cinsi istək öncə beyindən başlayır. Qadın həmin kişiylə yatmaq istədiyinə, cinsi əlaqədən həzz alacağına əmin olmalıdır. Ancaq bu zaman yataqda yaxşı performans göstərə bilər və orqazma çatar.

Bir sözlə, cinsi həyata sadəcə, orqazm olmaq prosesi kimi yanaşmayan və bu işi ruhun, bədənin qovuşması, sevginin ifadəsi kimi başa düşən cütlüklər dünyada cənnəti tapmış insanlardır.

Bunu hamı edə bilər. Ən böyük yük kişilərin üzərinə düşür. Çünki çox vaxt cinsi əlaqənin seksmi, yoxsa sevişməkmi olacağına kişi qərar verir. Odur ki, seks həyatından daha çox həzz almaq istəyirinizsə, qadınınıza sevişməyin gətirdiyi xoşbəxtliyi bəxş edin.

G.ƏZİZBƏYLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm