Qadınların baxmalı olduğu 15 film
Bizi izləyin

Tabloid.az

Qadınların baxmalı olduğu 15 film

Qadınların baxmalı olduğu 15 filmin siyahısını təqdim edirik:

1. “Mənim qaranlıq gecələrim”

“Mənim qaranlıq gecələrim” dramı ilk dəfə 2007-ci ilin noyabr ayında izləyicilərə təqdim olunub. Hon-Konq, Çin və Fransanın birgə istehsalı olan bu film 111 dəqiqə davam edir. Sözügedən filmin ssenaristi və rejissoru Vonq Kar Vaidir.

Film Kann festivalı mükafatına layiq görülüb. Baş rollarını Nora Conez, Cyud Lau, Reyçel Veyz, Natali Portman və Devid Dtraytern canlandıran filmin büdcəsi 10 milyon dollar, gəliri isə 21967587 dollardır.

2. “Moskva göz yaşlarına inanmır”

Romantik komediya, dram janrında çəkilən “Moskva göz yaşlarına inanmır” filmi ilk dəfə 1980-ci ilin fevral ayında tamaşaçılara təqdim olunub.

Filmin rejissoru Vladimir Menşov, ssenaristi isə Vladimir Çernixdir. “Moskva göz yaşlarına inanmır” filmindəki baş obrazları Vera Alentova, İrina Muravyova, Aleksey Batalov və Raisa Ryazanova canlandırıb.

Qısa bir müddət ərzində kifayət qədər məşhurluq qazanan bu əsər “Mosfilm” studiyasının istehsalıdır. Film 150 dəqiqə davam edir.

3. “Analıq”

“Analıq” filmi komediya, dram və melodram janrında çəkilib. Filmin ilk təqdimat tarixi 1998-ci ilə təsadüf edir.

Büdcəsi 50 milyon dollar olan bu dram 120 dəqiqə davam edir.

ABŞ istehsalı olan filmin rejissoru Kris Kolambus, ssenaristi isə Cessi Nelsonla Cici Levancidir.

Filmdəki baş rolları ifa edən aktyorlar arasında Hollivudun məşhur simaları Culiya Roberts, Ed Harris, Cena Meloun, Layem Eyken yer alır.

4. “Boyalı fata”

Dram janrında çəkilən bu filmin rejissoru Con Kerrandır. Film Moemin romanı əsasında ekranlaşdırılıb.

Baş rollarını yaraşıqlı aktyor Edvard Nortonun, Noami Uottsun, Dayana Riqin və Tobi Consin canlandırdığı “Boyalı fata” filmi ilk dəfə 2006-cı ildə izləyicilərə təqdim olunub.

Film Çin Xalq Respublikasının, ABŞ-ın və Kanadanın birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

125 dəqiqə davam edən filmin ssenarisinin ana xətti qadın xəyanəti və məhəbbət üzərinə qurulub.

Qeyd edək ki, filmin büdcəsi 19 milyon dollardır.

5. “Saatlar”

Maykl Kanningemin eyniadlı romanı əsasında çəkilmiş “Saatlar” filmi ilk dəfə 2002-ci ildə izləyicilərə təqdim olunub. 114 dəqiqə davam edən film Stiven Doldrinin rejissorluğu ilə ekranlaşdırılıb.

ABŞ və Böyük Britaniya istehsalı olan bu film dram janrındadır. “Saatlar” filminin baş rol ifaçıları Filip Qlass, Nikol Kidman, Culianna Mur və Meril Stripdir.

Qeyd edək ki, “Saatlar” filminin büdcəsi 25 milyon dollardır.

6. “Qəddar roman”

Melodram janrında çəkilən “Qəddar roman” filminin rejissoru və ssenari müəllifi Eldar Ryazanovdur.

“Qəddar roman” filmi 145 dəqiqə davam edir. SSRİ istehsalı olan bu film 1984-cü ildə ekranlaşdırılıb.

Filmin baş rollarını Alisa Freynlix, Larisa Quzeyeva, Nikita Mixaylov, Andrey Mayakov və Aleksey Petrenko ifa edir.

7. “Bricit Consun gündəliyi”

İlk dəfə 2001-ci ildə izləyicilərə təqdim olunan bu film romantik komediya və melodram janrında ekranlaşdırılıb. Filmin rejissoru Şeron Maquaerdir.

Böyük Britaniya, Finlandiya və Fransanın birgə istehsalı olan “Bricit Consun gündəliyi” filmi 97 dəqiqə davam edir. Filmin büdcəsi 26 milyon dollardır.

Sözügedən film Helen Fildinqin, Endryu Devisin və Riçard Kertisin ssenari müəllifliyi ilə ekranlaşdırılıb.

“Bricit Consun gündəliyi” filminin baş rollarını Hyu Qrant, Kolin Fert və Rene Zellveqer ifa edir.

8. “Aynadakı iki sima”

1996-cı ilin istehsalı olan “Aynadakı iki sima” filmi komediya, dram və melodram janrında çəkilib.

Filin rejissoru Barbra Streyzand, ssenaristi isə Riçard Laqrevenezedir.

ABŞ istehsalı olan bu film 126 dəqiqə davam edir. Filmin baş rollarını Barbra Streyzand və Ceff Bridces canlandırır.

Sözügedən filmin büdcəsi 117 milyon dollardır.

Filmin süjeti Kolumbiya universitetinin professoru olan Qreqori Larkin və onun həyatında baş verən müxtəlif hadisələr üzərində qurulub.

9. “Cəsarətin varsa, məni sev”

Dram və komediya janrında çəkilən bu film Fransa və Belçikanın birgə istehsalıdır.

İlk dəfə 2003-cü ildə izləyicilərə təqdim olunan “Cəsarətin varsa, məni sev” filminin rejissoru Yan Samueldir. Sözügedən film 98 dəqiqə davam edir. Filmin büdcəsi 8,5 milyon dollardır.

Uşaqlıq dostlarının nakam məhəbbətindən bəhs edən bu film müəyyən qədər illüziya üzərində qurulub desək, yanılmarıq.

Uşaqlıq məhəbbəti ilə illər sonra rastlaşan Sofi öz varlı, futbolçu sevgilisini atıb uşaqlıq məhəbbətinə qayıdır. Romantik sevgi münasibətləri və oyunlar üzərində qurulan bu ssenari sizi bir dəqiqə belə ekran qarşısından çəkilməyə qoymayacaq. “Cəsarətin varsa, məni sev” filminin baş rollarını Qiyom Kane, Marion Kotiyar və Jerar Uotkins ifa edir.

10. “Mənim birdənəm”

Komediya və dram janrında çəkilən bu filmin rejissoru Riçard Lonkreyndir. Çarli Literzin ssenarisi əsasında çəkilən “Mənim birdənəm” filmi ilk dəfə 2009-cu ildə izləyicilərə təqdim olunub.

ABŞ istehsalı olan bu filmin büdcəsi 2648194 dollardır.

Filmin baş rollarını Rene Zellveger, Erik Makkormak və Nik Stal ifa edir.

“Herrick Entertainment”, “George Hamilton Productions”, “Merv Griffin Entertainment” kimi böyük təşkilatların məhsulu olan sözügedən film 108 dəqiqə davam edir.

11. “Düşmənlə yataqda”

İlk dəfə 1991-ci ildə izləyici kütləsinə təqdim olunan bu filmin rejissoru Jozef Qubendir.

ABŞ istehsalı olan “Yataqda düşmənlə” filmi 97 dəqiqə davam edir və “20th Century Fox” kompaniyasının istehsalıdır. Nensi Prays və Ronald Bessin ssenarisi əsasında ekranlaşdırılıan filmin baş rollarını Culiya Roberts və Petrik Berdjen canlandırır.

12. “İngilis xəstəsi”

Dram və melodram janrında çəkilən bu film ilk dəfə 1996-cı ildə tamaşaçılara təqdim olunub.

ABŞ istehsalı olan bu filmin büdcəsi 27 milyon dollardır. Entolli Mingellanın rejissorluğu ilə ekranlaşdırılan “İngilis xəstəsi” filminin ssenari müəllifi Maykl Ondatjedir. Film Maykl Ondatjenin eyniadlı romanı əsasında çəkilib.

“İngilis xəstəsi” filminin baş rollarını aktyor Reyf Faynz, Juliet Binoş, Kristin Skott Tomas, Navin Endryus və Uilyam Defo canlandırır.

Sözügedən film 160 dəqiqə davam edir. “İngilis xəstəsi” filmi italyan, ərəb və alman dillərində çəkilib. Daha sonra bu film məşhurluq qazanıb və dünyanın müxtəlif dillərinə tərcümə olunub.

13. “Küləklə sovrulanlar”

“Küləklə sovrulanlar” filmi 1939-cu ilin istehsalıdır. ABŞ istehsalı olan bu filmdə göstərilən hadisələr 1861-ci ildə ABŞ-da baş vermiş vətəndaş müharibəsini əks etdirir. Film 14 dəfə “Oskar” mükafatına namizəd görüüb və bu mükafatlardan 10-u qazanıb. Filmin rejissoru Viktor Fleminqdir.

238 dəqiqə davam edən filmin büdcəsi 3977000 dollar, gəliri isə 400176459 dollardır.

Filmin baş rollarını dünyaşöhrətli aktyorlar – Vivyen Li, Klark Qeybl və Oliviya de Hevillend canlandırır.

Marqaret Mitçellin romanı əsasında ekranlaşdırılan bu filmin ssenari müəllifi Sidni Hovarddir.

14. “Qızardılmış yaşıl pomidorlar”

Dram janrında çəkilən bu filmin rejissoru Con Evnet, ssenari müəllifi isə Fenni Fleqlə Karol Sobeskidir.

“Qızardılmış yaşıl pomidorlar” filmi 136 dəqiqə davam edir. ABŞ istehsalı olan bu film ilk dəfə 1991-ci ildə izləyicilərə təqdim olunub. Filmin baş rollarını Keti Beyts, Meri Stüart Masterso, Meri Luiz Parker və Cessika Tendi canlandırır.

15. “Qiraətçi”

Stiven Doldrinin rejissorluğu ilə çəkilən bu film dram janrındadır. Devid Heyrin ssenarisi əsasında ekranlaşdırılan “Qiraətçi” filmi müharibədən sonrakı insan həyatından, ehtirasdan və məhəbbətdən bəhs edir.

İlk dəfə 2008-ci ildə izləyicilərə təqdim olunan bu film 124 dəqiqə davam edir. Büdcəsi 109 milyon dollar olan film ABŞ və Almaniyanın birgə istehsalıdır. “Qiraətçi” filminin əsas qəhrəmanlarını gözəl aktrisa Keyn Uinslet, Reyf Fans və Devid Kross canlandırır.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm