• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Finlandiya “Eurovision”da əlil gənclərlə təmsil olunacaq - VİDEO

Finlandiya “Eurovision”da əlil gənclərlə təmsil olunacaq - VİDEO

Finlandiya bu ilki Eurovision Mahnı Müsabiqəsinə əlillərdən ibarətdir dörd nəfərlik PKN (Pertti Kurikan Nimipaivat) qrupunu göndərəcək.

PKN qrupu daun sindromlu və autizmli dörd nəfərdən ibarətdir. PKN yarışmada 1,5 dəqiqəlik Aina Mun Pitaa (Hər zaman məcburən) adlı mahnını ifa edəcək. Mahnı gündəlik həyatın sağlam qidalanma, təmizlik kimi məcburiyyətlərinin darıxdırıcılığından bəhs edir.

“Bizə yazığınız gəldiyi üçün səs verməyin”

PKN qrupu 2009-cu ildə yaradılıb. Qrupun solisti Kari Aalto deyir ki, əlillər daha cəsur olmalıdırlar. Qrupun rəhbəri Sami Helle isə hesab edir ki, onlar səhnəyə çıxmaqla cəmiyyətin autizmli və daun sindromlu adamlara münasibətini dəyişiblər. Helle deyir ki, müsabiqədə insanların onlara yazığı gəldiyi üçün səs verməsini istəmirlər. “Biz digərlərindən çox da fərqli insanlar deyilik. Sadəcə zehni əngəlləri olan normal insanlarıq”.

Bukmeker şirkətləri yüksək səs verir

Bukmeker şirkətləri PKN qrupunun bu ilki Eurovisionda qalib gəlmək ehtimalının yüksək olduğunu bildirir. Betfred adlı bukmeker şirkəti PKN qrupunu İtaliya və Estoniya təmsilçilərindən sonra 3-cü güclü namizəd sayır.

Finlandiya indiyə qədər Eurovision Mahnı Müsabiqəsində bir dəfə qalib gəlib. 2006-cı ildə Lordi qrupu "Hard Rock Hallelujah" adlı mahnı ilə Finlandiyaya qalibiyyət gətirmişdi.

Builki Eurovision Mahnı Müsabiqəsi mayın 19-21-də Avstriyanın paytaxtı Vyanada keçiiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR