Məşhur aparıcı ərə getməməsinin səbəbini açıqladı
Bizi izləyin

Tabloid.az

Məşhur aparıcı ərə getməməsinin səbəbini açıqladı

Gözəl model və aparıcı Özgə Ulusoy bir neçə gün öncə “2-ci səhifə” verilişinin qonağı olub. Modelin Hacı Sabancı ilə olan münasibətlərindən söz düşəndə Ulusoy hər şeyin qaydasında getdiyini söyləyib.

Aparıcının "Evlilik gözlənilirmi?" sualına açıq şəkildə cavab verib. O, "Yox, belə bir plan yoxdur. Evlilik planı yox, yeni televiziya layihələri gözlənilir" - deyə cavab verib.

Özgə Ulusoy sözlərinə belə davam edib: "Evlilik mənə bir yaşdan sonra inad kimi gəlir. Bəlkə də mənim bədbəxtliyim ətrafımdakı dostlarımın boşanmasına şahid olmağımdadır. Bu səbəbdən evlilik haqqında müsbət düşünə bilmirəm. Ona görə tələsmirəm. Bir də hələ ki, dünyaya uşaq gətirmək istəmirəm. Planlarıma ana olmaq da daxil deyil.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm