“MUZ TV-Azərbaycan”dan müraciət: “Musiqi brendi kommersiya alətinə çevrilməməlidir”
Bizi izləyin

Tabloid.az

“MUZ TV-Azərbaycan”dan müraciət: “Musiqi brendi kommersiya alətinə çevrilməməlidir”

“MUZ TV AZƏRBAYCAN” musiqi kanalı mediaya və ictimaiyyətə müraciət ünvanlayıb.

Publika.az-a daxil olan müraciətdə deyilir:

“Son günlər ölkə mediasında ilk musiqi kanalının yaranmasıyla bağlı xəbər hər kəs kimi bizi də xeyli təəccübləndirib. Həmin xəbərdə aprel ayından etibarən “ilk musiqi kanalı”nın peyk yayımına start verəcəyi qeyd olunur. Media nümayəndələri və ictimaiyyətdən xəbərin şərhiylə bağlı davamlı gələn zənglər, təəccüb və təəssüf hissiylə dolu xeyli müraciətdən sonra Azərbaycan mediasına və ictimaiyyətinə müraciət etmək qərarına gəldik.

Çox dəyərli həmkarlarımız və ictimaiyyət nümayəndələri! Azərbaycanın ilk və yeganə musiqi kanalı www.muztv.az vasitəsiylə yayımlanan “MUZ TV AZƏRBAYCAN” televizyasıdır. İncəsənətimizin təbliğatı sahəsində yeni imkanlar açan musiqi kanalı 2012-ci il 11 may tarixindən fəaliyyət göstərir. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edib, musiqiylə bağlı informasiya bürosu eksklüziv xəbərlər, proqramlar hazırlayıb və yayıb. “MUZ TV AZƏRBAYCAN” Azərbaycanın milli musiqisi ilə yanaşı, klassik və müasir Avropa, eləcə də dünya musiqisinin müxtəlif janrlarının ən yaxşı nümunələrini tamaşaçılara təqdim etməyə nail olub. “MUZ TV AZƏRBAYCAN” yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsini uğurla gerçəkləşdirib. Təkcə “UNİVİSİON” Beynəlxalq Mahnı Yarışmasının ölkə ərazisində ilk yayımçısı olmağımızı xatrılatmaq gənc nəslə verdiyimiz önəmin əhəmiyyətinin bariz nümunəsidir. Bu müddət ərzində fəaliyyətimizi piardan uzaq dayanmaqla qurmağımızın bircə köklü səbəbi olub: hər zaman dəyərlərimizə söykənən musiqimizin hansısa məqsədlərlə istifadəsinin əleyhinə olmuşuq.

Təəssüflər olsun ki, kimlərsə öz komersiya maraqlarını genişləndirmək məqsədiylə Azərbaycanın musiqi brendindən istifadə etmək qərarına gəlib və Azərbaycandan milyonlarla kilometr uzaqlarda qeydiyyatdan keçirdiyi tezliklər vasitəsiylə musiqi kanalı statusuna yiyələnməyə çalışırlar. Nəzərinizə çatdırırıq ki, bu kimi halları pisləyir, hər kəsi milli dəyərimiz olan milli musiqimizin qorunması uğrunda birgə fəaliyyətə çağırırıq. İctimaiyyəti və medianı saxta brendlərlə yanıltmağa çalışan strukturların fəaliyyətlərinin daha şəffaf qurulmasını arzulayırıq. Bir daha fəxrlə bildiririk ki, Azərbaycanın ilk və yeganə musiqi kanalı www.muztv.az vasitəsiylə yayımlanan “MUZ TV AZƏRBAYCAN”dır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm