• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məleykə Əsədova “Mənim günahım”ı təqdim edəcək

Məleykə Əsədova “Mənim günahım”ı təqdim edəcək

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova həyəcan içindədir.

Publika.az-a bu barədə danışan aktrisa premyeraya hazırlaşdığını deyib: “Nəhayət ki, bir neçə aylıq gərgin məşqlər başa çatdı. Martın 14-də yeni “Mənim günahım” adlı tamaşanın premyerasıdır. İlk dəfə olaraq tamaşaçılarım məni balerina obrazında görəcəklər. Çox həyəcanlıyam. Ümumiyyətlə, məndə bir xüsusiyyət var ki, uzun illər sənətdə sözümü desəm də, hər dəfə səhnəyə çıxanda içimdə həyəcan olur. Tamaşaçılarımın qarşısında həyəcanlanıram, çünki onları çox sevirəm. İnanıram ki, sevənlərim məni yeni obrazda da bəyənəcəklər. Özüm Gülcahan obrazını çox sevdim”.

Qeyd edək ki, xalq artisti tamaşada baş rolda çıxış edəcək. Tamaşa xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyovun quruluşunda ərsəyə gəlib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR