Günay konsertə hazırlaşır - FOTO
Bizi izləyin

Tabloid.az

Günay konsertə hazırlaşır - FOTO

Günay İbrahimli və prodüseri Toma Hüseynəliyeva Gürcüstandan qayıdıb. Müğənni Elvin Abdullayevin ona yazdığı bəstəni, Günay Gürcüstanın məşhur “Bravo Rekords” studiyasında aranjeman etdirib. Novruz bayramı ərəfəsində Günay İbrahimli Tiflisdə gürcü rejissoruna klip də çəkdirəcək. Aqil M Quliyev isə Günayın “Huzur” mahnısını ekranlaşdırır. Yaradıcılığında güclü start götürən ifaçının iki həftə sonra yeni albomu işıq üzü görəcək.

Publika.az-a açıqlama verən müğənni ölkədaxili turneyə hazırlaşdığını da bildirib:

“Çox güclü iş rejimində çalışıram. İki həftə sonra çoxdandır gözlədiyim albomu təqdim edəcəm. Qarşıda turne də var. Ölkəmizin beş rayonunda konsert verəcəm, onlardan biri mütləq Qarabağ bölgəsi olacaq. Çünki mən qarabağlıyam”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm