Uzun və cazibədar ayaqlarını 40 milyon dollara sığortalatdırıb - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Uzun və cazibədar ayaqlarını 40 milyon dollara sığortalatdırıb - FOTOLAR

Böyük dünya turnesinə çıxmaq ərəfəsində Teylor Svift öz ayaqlarını sığortalamaq qərarına gəlib.

Qərb mətbuatının məlumatına görə, ulduzun cazibədar ayaqları 40 milyon dollar dəyərində qiymətləndirilib.

“Mirror” nəşrinin məlumatına görə, bu məbləğ müğənnini özünü də çox təəccübləndirib. Çünki 25 yaşlı müğənni öz ayaqlarını milyon dollar həcmində sığortalamağı planlaşdırıbmış.

Ulduza yaxın mənbənin verdiyi məlumata görə, Teylor konsertlər zamanı zədə almaqdan qorxduğu üçün bu addımı atıb. Məhz bu səbəbdən o, sığorta şirkətinə müraciət etmək qərarına gəlib. Əgər nəsə baş verərsə, o, dünya turnesi təşkilatçıları qarşısında verdiyi vədlərə əməl edə bilməyəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Mirror” nəşri Teylorun mətbuat nümayəndələri ilə əlaqə saxlamağa çalışıb, lakin heç bir məlumat əldə olunmayıb.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm