Sami Yusif artıq Bakıdadır - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sami Yusif artıq Bakıdadır - FOTOLAR

Əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusuf artıq Bakıdadır. İfaçı “Kevents Group”un təşkilatçılığı ilə martın 14-15-də Heydər Əliyev Sarayında konsert verəcək. Müğənni konsertdən öncə mətbuat nümayəndələri ilə görüşəcək.

Onu da qeyd edək ki, Sami Yusif konsertlə bağlı Azərbaycan tamaşaçısına müraciət edib: “Çox həyəcanlıyam ki, Azərbaycanda - Bakıda, Heydər Əliyev Sarayında sizinlə görüşəcəyəm. Allah sizi qorusun!”

Canlı orkestrin müşayiəti ilə səhnəyə çıxacaq Sami Yusuf “Sarı gəlin” adlı konsert proqramında son “The Centre” albomunda yer alan mahnıları ifa edəcək.


Qeyd edək ki, sözügedən albomda xalq mahnımız “Sarı gəlin” həm Azərbaycan, həm də ingilis dilində Sami Yusif tərəfindən ifa edilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm