Mavi gözlü, incə belli dünya gözəli: Françesko necə Ornella oldu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mavi gözlü, incə belli dünya gözəli: Françesko necə Ornella oldu - FOTOLAR

Əslində onun həqiqi adı Françeska Romana Rivellidir. Ona bu adı neapollu atası qoyub. Lakin biz onu tamamilə başqa bir adla tanıyırıq. Onu məşhur edən səhnədəki adını isə rejissor Damino Damiani qoyub. 14 yaşlı qız rejissorun “Ən gözəl arvad” (1970-ci il) filmində çəkilişə dəvət olunmuşdu. Filmin baş qəhrəmanının da adı Françeska idi. Yeniyetmə qızın adı film qəhrəmanı ilə qarışıq düşməməsi üçün ona maraqlı bir ad seçildi: Ornella Muti.

Publika.az “Bizim tərcümə” layihəsində 60 yaşını qeyd edən və İtaliyanın ən yaraşıqlı aktrisalarından olan Orenalla Mutinin həyat hekayəsini təqdim edir.

Françeskanın atası italyan idi, anası isə Estoniyadan İtaliyaya miqrasiya etmişdi. Onun atası müxbir, anası heykəltəraş idi.

Ailə çox kasıb yaşayırdı. Françeskanın 10 yaşı olarkən atası vəfat etdi. Françeska və bacısı Klaudiyaya anası baxmalı oldu. Qızları böyütməyə isə tənha ananın imkanı çatmırdı.

Françeskanın 13 yaşı olarkən, o bir çox yeniyetmələr kimi yaxşı geyinmək istəyirdi. Françeskanın dəblə geyinmək imkanı olmadığı üçün incəsənət məktəbinə getdi. Amma Françeska məktəbə təhsil dalınca getmədi. O, incəsənət məktəbində rəssamlar üçün çılpaq pozalar verməklə pul qazanırdı. Bundan əlavə, Françeska yalandan 18 olduğunu yaşı deyərək kişi jurnallarında da çəkilməyə başladı.

Sözsüz ki, jurnalda çılpaq çəkilən Françeska tədricən məşhur olmağa başladı. Hətta, jurnalın bir nüsxəsi məktəb müəllimlərindən birinin əlinə düşdü. Nəticədə, bundan qızın anası və məktəb direktoru da xəbər tutdu. Məktəb rəhbərliyi ailənin imkansız olduğunu nəzərə alaraq qalmaqalı ört-basdır etdi. Axı qız dolanışıq üçün oğurluq etmirdi, pul qazanırdı.

Onun bacısı Klaudiya isə kinematoqrafiya ilə ciddi maraqlanırdı. Qız rejissor Domian Domianinin “Ən gözəl arvad” filminin məşqlərinə getmək qərarına gəldi. O, sınaq məşqinə getməkdən həyəcanlandığı üçün özü ilə bacısı Françeskanı da götürdü. Françeska film məşqinə getmək istəməsə də, bacısının sözündən də çıxa bilmədi. Bu zaman təcrübəli rejissorun diqqətini Klaudiya yox, onun qeyri-adi görkəmli bacısı çəkdi. İradlara baxmayaraq, dərhal onu sınaqlara göndərdilər. Çünki o zaman Françeskanın 14, film qəhrəmanı Françeskanın isə 17 yaşı vardı...

Gənc qız yaşına görə sevgi səhnələrini oynamaqda çətinlik çəkirdi. Rejissor sevgili obrazını yaratmaq üçün çox güc sərf etdi. Elə bu zaman Françeska adını Ornella Mutiyə dəyişdi. İlk rol qıza uğur gətirdi. Bundan sonra onu yüngül komediya filmlərinə dəvət etməyə başladılar. Maraqlıdır ki, təbiətcə utancaq olan qız kamera qarşısında soyunmaqdan çəkinmirdi. O, bir çox italyan aktrisaları kimi seksuallığı uşaq məsumluğu ilə uzlaşdıra bilirdi.

Ornella ilk film çəkilişləri zamanı hansısa bir italyana aşiq olmağa da vaxt tapdı. Ornella hətta ondan hamilə qalaraq Nayki adlı qız övladını dünyaya gətirdi. Uşağın atası isə Nayki doğulmazdan öncə “aradan çıxmışdı”. Bundan əlavə, kişi həm də evli idi. Sonra isə aktrisa Alessio Oranoya ərə getdi.

O, hətta Alen Delonla eyni filmdə çəkilsə də, dünya Ornellanı tamamilə başqa filmlə tanıdı. “İnadkarın ram edilməsi” filmində Ornella aktyor Adriano Çelentano ilə çəkildi. Çəkiliş zamanı filmin qəhrəmanları arasında isti münasibətlər yarandı. Nəticədə, Orenella ərindən uzaqlaşdı. O, Çelentano ilə digər bir filmdə də çəkildi. Aktrisa Adriano Çelentano ilə özünü çox xoşbəxt hiss edirdi. Ornellanın ərini atmasına baxmayaraq, Adriano onun yolu ilə gedərək arvadını atmağa hazırlaşmırdı. Ornellanın xoşbəxtliyi elə burada da bitdi.

Mətbuat daim Ornellanın sevgi romanlarından yazırdı. Ümumiyyətlə, Ornella Muti çox xarizmatik qadındır. Az qala bütün çəkiliş meydanında olanlar ya onunun məftunu olur, ya da pərəstişkarı.

Ornella Muti daha çox nəyə borcludur? Artistlik bacarığına, yoxsa qeyri-adi gözəlliyinə? Bu indiyə qədər sual olaraq qalır. Qeyd edək ki, Ornella hətta Sofi Lorenlə müqayisə olunur. Muti gözəl gözlərə və incə belə sahibdir. O, nadir aktrisalardan biridir ki, daxili plastikliyi ilə gözəlliyini birləşdirə bilir.

Sözsüz ki, təbiət ona heyrətamiz gözəllik bəxş edib. Mavi gözləri şimal buzlarını, gülüşü isə cənub qızlarını xatırladır.

Aktrisanı dünyanın bir çox yerlərində film çəkilişlərinə dəvət edirdilər. Məsələn, o, Jerar Depardye, Silvestr Stallone kimi aktyorlarla eyni filmdə çəkilib. Hazırda, 60 yaşını qeyd edən Muti yaşına baxmayaraq hələ də kinoya çəkilməyə davam edir.

Qızı Nayki ona nəvə bəxş etdikdən sonra Ornella “dünyanın ən qəşəng nənəsi” adına layiq görülüb. Martın 9-da 60 illiyini qeyd edən aktrisa hər 10 ildən bir zəngin ərlərini dəyişir. Hazırda isə o, Monakoda yaşayaraq xeyriyyəçiliklə məşğul olur.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm