Janna Friski toya hazırlaşır – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Janna Friski toya hazırlaşır – FOTOLAR

Janna Friski və Dmitri Şelepov toya hazırlaşırlar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı cütlüyün yaxınları veriblər.

Dmitrinin dostu Serqey bildirib ki, Dima yaxın vaxtlarda Jannaya evlilik təklifi etməyə hazırlaşır: ”O, artıq üzük də seçib. Janna üçün bu, gözlənilməz təklif olacaq. Lakin Jannanın valideynləri bu məsələyə razı olmadıqları üçün hələ ki susmağa üstünlük verirlər”.

Qeyd edək ki, cütlük 4 ildir ki, birlikdədir. Onların münasibətləri ciddiləşməyə doğru gedirdi, lakin Jannanın ağır xəstəliyi toyun vaxtını təxirə salır. Belə ki, Janna Dimadan olan oğlu Platonu dünyaya gətirdikdən sonra xərçəng xəstəliyinə tutulur. Müalicə almaq üçün uzun müddət ABŞ-da qalır. Xoşbəxtlikdən müalicəsi uğurlu keçir. Hazırda ifaçının səhhəti yaxşıdır.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm