• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünyanın iki cazibədar xanımı saçyolduya çıxdı

Dünyanın iki cazibədar xanımı saçyolduya çıxdı

İddialara görə, iki məşhur model Naomi Kempbel və Kara Delevin Rihanna üzündən bir-biri ilə az qalsın saçyolduyna çıxıblar.

Əfsanəvi top-model Naomi son illərdə olduqca populyarlaşan gənc həmkarı Kara Delevin ilə gecə ziyafətlərindən birində dava edib. Bir-birinə əl-qol hərəkətləri atmaq istəyəndə ətrafdakılar gözəlləri ayırmağa çalışıb. Bu davanın səbəbi isə hər ikisinin də ortaq dostu Rihanna olub.

“Page Six” adlı dünyaca məşhur həftəlik saytın iddasına görə, bir qrup dost söhbət edərkən Naomi birdən əsəbiləşib, Karanı Rihannaya hörmətsizlik etməkdə günahlandırıb və itələyib. Bu hərəkətin qarşılığında Kara Naominin saçını yolub.

Hadisəyə şahid olanlardan biri "Naomi Karanın Rihanna haqqında mənfi bir şey söylədiyinə sakit reaksiya verə bilmədi. Bundan çox qəzəbləndi", – deyib. Onları sakitləşdirməyə çalışanlardan digər biri isə hadisəni belə izah edib: "Naomi gözlənilməz şəkildə Karanın üstünə qışqırmağa başladı. Ağzına gələni dedi. Bir-birini itələdilər. Kara nə olduğunu anlaya bilmədi. Çünki Kara və Rihanna arasında heç bir problem yoxdur. Naomi məsələni tamamilə səhv anlamışdı".

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR