Ancelina Coli və Bred Pittdən xoşbəxt evlilik üçün 5 tövsiyə
Bizi izləyin

Tabloid.az

Ancelina Coli və Bred Pittdən xoşbəxt evlilik üçün 5 tövsiyə

Aktyor Bred Pittlə evli olan aktrisa Ancelina Coli evlilikləri ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az “InTouch Weekly” jurnalına istinadən xəbər verir ki, cütlük evliliklərinin ilk günkü həyəcanını itirməmək üçün 5 qaydaya əməl edirlər.

Coli və Bredin əməl etdikləri 5 qayda belədir:

1. Övladlarımız hər şeydən öncə gəlir. Ancaq cinsi həyatımızda ehtirasın sönməməsi üçün valideynlərin arada yalnız qalmağa ehtiyacı var. Ona görə də həftədə 1-2 dəfə evin yaxınlığındakı oteldə qalırıq. Bəzən də Bredlə baş-başa səyahətə çıxırıq.

2.İnternetdən mesajlaşmaq əvəzinə bir-birimizə mütəmadi olaraq eşq məktubu yazırıq. Bu məktubları ya bir-birimizin cibinə qoyuruq, ya da yastıqların altına…

3.Bir-birimizə vaxt ayırsaq da, dostlarımızla görüşməyi də unutmuruq. Hər birmizin ayrı əhatəsi var.

4.Beş gün birlikdəyiksə, iki gün ayrı qalırıq. Bunun adını “5-ə 1 qaydası” qoymuşuq. Beləliklə, bir-birimizdən sıxılmırıq və darıxırıq.

5.Çılğın səyahətlər edirik. Macəra yaşayırıq və bol adrenalinli idman növləri ilə məşğul oluruq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm