• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Afaq Bəşirqızı atasının ad günündə qəhərləndi: “Kaş ki...”

Afaq Bəşirqızı atasının ad günündə qəhərləndi: “Kaş ki...”

Bu gün Azərbaycan milli teatr və kino sənətində məxsusi yeri olan, bənzərsiz gülüş ustası Bəşir Səfəroğlunun doğum günüdür. Yəqin ki, bu ad səslənəndə çoxlarının üzünə təbəssüm qondu. Çünki Bəşir Səfəroğlunun adı çəkilə və orda dodaqlara gülüş qoynmaya - bu mümkünsüzdür. Elə bu gün də onu gülə-gülə xatırlayırıq.

Aktyor yaradıcılığında xüsusi yer tutan rolları Möhsün (“Beş manatlıq gəlin”), Qaradavoy və Çiko (“Keto və Kote”), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”), Uzun və Nəcəf (“Durna”), Gülümsərov (“Ulduz” ) və daha neçə belə gözəl obrazları ilə tamaşaçı sevgisi qazanıb.

Azərbaycan teatr və kinosunda yaddaqalan obrazlar yaradan sənətkarı onun yadigarı, xalq artisti Afaq Bəşirqızı ilə yad etdik.

Publika.az-a danışan aktrisa səhər tezdən atasının məzarı üstə gedərək, onu doğum günü münasibəti ilə təbrik etdiyini deyib. Tər çiçək dəstəsini atasının məzarına səpən xalq artisti həm də kövrəlib: “Atamın doğum günündə arzularım çoxdur. Ən böyük arzum budur ki, böyük sənətkar, xoşbəxt aktyor Bəşir Səfəroğlunun qismətindən indiki aktyorlara da pay düşsün. 2015-ci il Bəşir Səfəroğlu ilidir. İlin sonuna qədər atamın adı müxtəlif teatr tədbirləri, festivallarla yad olunacaq. Bu tədbirlərdə indiyə qədər atamla bağlı nə arzulamışamsa, hamısının şahidi olacağam. 2015-in sonunda yekun tədbir təşkil olunacaq. O tədbirdə atamın 90, mənimsə 60 illik yubileyimiz qeyd olunacaq. “90-60” adlı tədbirdə mən də xalqım qarşısında çıxış edəcəyəm”.

Qeyd edək ki, aktrisanın evində balaca Bəşir də böyüyür. Kim bilir, bəlkə, elə həmin Bəşir böyüyəcək və babasının yolunu davam etdirəcək…

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR