• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Miranda Kerrin cazibədarlıq sirləri - FOTOLAR

Miranda Kerrin cazibədarlıq sirləri - FOTOLAR

“Reebok” jurnalının "In Her Shoes” rubrikasının bu aykı qonağı Miranda Kerr olub. Gözəl bədən quruluşu və mavi gözləri ilə sevilən avstraliyalı model Miranda Kerr verdiyi müsahibədə həm super model, həm analıq vəzifələrindən bəhs edib. Miranda Kerr idmana olan sevgisindən də danışıb. Publika.az Miranda Kerrin “Reebok” jurnalına verdiyi müsahibəni təqdim edir:

- Bir ana və işgüzar qadın kimi ayaqda qalmağa sizə ən çox nə kömək edir?

- Hər gün meditasiya ilə, yoqa ilə məşğul oluram, dua edirəm. Dua və meditasiya özünü təmizləməyə, zehni və ruhi cəhətdən yenilənməyə kömək edir. Bu məşğuliyyətlər həyatımın müxtəlif dövrlərində məni çətin vəziyyətlərdən xilas edib, pozitivlik bəxş edib. Gümrah olanda hər bir qadın kimi özümü daha cazibədar hiss edirəm.

- Bir gününüzü necə keçirirsiniz?

- Əslində hər günüm bir-birindən tamamilə fərqlidir, amma adətən oğlum Flindən bir saat əvvəl yuxudan durmağa çalışıram. Oyanan kimi məşqlərimi edib gündəlik proqramımı da nəzərdən keçirirəm. Sonra ikimiz üçün yemək hazırlayıram və birlikdə o gün nələr edəcəyimizi müzakirə edirik. O da mənim harada olacağımı və nə edəcəyimi öyrənir.

Flini məktəbə qoyandan sonra işə gedirəm. Evə gələndə birlikdə yemək bişiririk, kitab oxuyuruq və onu yatırıram. Oğlum yatdıqdan sonra bəzən poçtumu yoxlayıram, məktublarımı oxuyuram. Əslində bir az gecə quşuyam, yuxum gəlmədiyi üçün gec yatıram. Evin içində gəzə-gəzə müxtəlif işlərimi həll edirəm, sonra da vanna qəbul edib yatıram.

- Fitnessin həyatınıza nə kimi müsbət təsirləri var?

- Məşq etdiyim zaman diqqətimi və fikrimi daha yaxşı cəmləşdirirəm. Mənə enerji və gümrahlıq bəxş edir.

- İşinizin sizə verdiyi ən böyük mükafatı nədir?

- Yalnız birlikdə çalışdığım müştərilər və markalarla deyil, eyni zamanda, sosial medianın da gücü ilə müsbət mesajlar bölüşə bildiyim bir sektorda olmağı çox sevirəm. Dünyanın hər yerindəki insanlarla ünsiyyətə qurmaq inanılmaz bir duyğudur.

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR