Prodüser: “Natəvan sərmayəmi qaytarıb”
Bizi izləyin

Tabloid.az

Prodüser: “Natəvan sərmayəmi qaytarıb”

“Müğənniyə sərmayə qoymuşam da, götürmüşəm də”.

Bunu “Space” telekanalının “Günaydın” verilişində Anar Mədətov deyib. O, Azərbaycanda müğənni Natəvanın qoyulan sərmayəni qaytaran müğənni olduğunu vurğulayıb. Bununla da prodüser "Azərbaycanda prodüser yoxdur, menecer var" məsələsinə münasibətini bildirib.

Xatırladaq ki, prodüser Ataş Hüseynov Vüsalə Kərimovanın aparıcısı olduğu “Günaydın” verilişində “Azərbaycanda prodüser yoxdur” deyərək qalmaqala səbəb olmuşdu:

“Prodüserin böyük sərmayəsi və şirkəti olmalıdır. O, müğənni ilə müqavilə imzalayıb, 5 il ərzində qazanc götürməyi düşünməlidir. Bu gün isə Azərbaycanda içi mən qarışıq, 10 prodüser var ki, hansısa müğənninin yanında püxtələşib”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm