Arif Quliyev xəbərdarlıq etdi
Bizi izləyin

Tabloid.az

Arif Quliyev xəbərdarlıq etdi

Xalq artisti, tanınmış aktyor Arif Quliyev “Sənətkar” medalına layiq görülüb.

Sevilən aktyor təəssüratlarını Publika.az-la paylaşıb: “Sənətkar” medalı hər sənətkara nəsib olmur ha! Teatr günündə belə bir mükafata layiq görüldüm. Mən hesab edirəm ki, aktyor üçün bundan gözəl hədiyyə ola bilməz. Hər bir aktyora belə bir mükafat arzulayıram. Mayın 16-da 65 yaşım tamam olacaq. Mən bu mükafatı ad günüm üçün ən gözəl hədiyyə sayıram. İndiyə qədər müxtəlif obrazlar oynamışam. Bu mükafat məni bundan sonra da yeni rollar oynamağa həvəsləndirdi”.

Xalq artisti zarafatından da qalmayıb: “Xəbərdarlıq edirəm, gözləyin, sizi yeni tamaşalarla sevindirəcəyəm. Mənə baxıb o qədər güləcəksiz, gözünüzdən yaş axacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm