Türkiyənin məşhur müğənnisi ayaqqabısız qaldı
Bizi izləyin

Tabloid.az

Türkiyənin məşhur müğənnisi ayaqqabısız qaldı

Tanınmış müğənni Alişanın Ataköy Məscidində ayaqqabısı oğurlanıb. Bu barədə o, “Hər şey daxil” proqramında açıqlama verib. Publika.az xəbər verir ki, Çağla Şikel ilə birlikdə aparıcısı olduğu həmin verilişdə Alişan yaşadığı oğurluq hadisəndən danışıb. Üstəlik, bu, onun başına gələn ilk oğurluq da olmayıb:

“Bizimlə işləyən yoldaşlarımızdan birinin atası dünyasını dəyişib. Onun dəfn mərasiminə getmişdik. Məsciddə günorta namazı qılmaq üçün ayaqqabılarımı çıxarıb bir kənara qoydum, qayıdanda isə ayaqqabılarım yerində yox idi. Orada ayaqqabısız qaldım. Bundan təqribən 15 il əvvəl də başıma belə bir hadisə gəlmişdi. İstanbulun mərkəzində, Ataköy Məscidində belə bir hadisənin olması çox qəribədir. Nə isə... İnşallah, ehtiyacı olan biri aparıb. Amma bahalı ayaqqabı idi, çox pul vermişdim. Hələ də ayaqqabının borcunu ödəyirəm. Kredit kartında istifadə edərək 15 taksitlə aldığım o gözəl ayaqqabımı birinin ayağında görsəm, ağzını burnunu sındaracağam” - deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur ifaçının oğurlanan ayaqqabısının qiyməti 12 min TL-dir (6 min manat).

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm