Nüşabə Ələsgərli biznesindən danışdı
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli biznesindən danışdı

Əməkdar artist Nüşabə Ələsgərli gəlir mənbələrini açıqlayıb.

Publika.az-ın məlumatına görə, müğənni Space-nin “Günaydın” verilişində bir vaxtlar biznesdən gəlir götürdüyünü, amma sonradan bu işdə uğursuzluqla qarşılaşdığını bildirib:

“Pedaqoqam, dərs deyirəm, eyni zamanda, el şənliklərinə gedirəm. Qazancım da toylardan çıxır. Amma bir vaxtlar biznes fəaliyyəti ilə məşğul olurdum. Amma sonradan baxdım ki, bu iş mənə uğur gətirmir. Biznes fəaliyyəti elədir ki, gərək bu işdə sənə kömək edən və inandığın bir adam olsun. Əslində pul yağış kimi yağmır. Gərək biznesə pul yedizdirəsən, daha sonra biznes sənə pul yedizdirəcək.

Mənim də gözəllik salonum vardı, orda bəzənib toya və digər tədbirlərə gedirdim. Bütün qarderobumu ora daşımışdım. Salon işlədən adamlar bilir ki, ya plana, ya faizə işləməlisən. Nəsə, bu iş məndə alınmadı, salonu bağladım”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm