Səidə Dadaşova: “Gərək pulumu daşınmaz əmlaka yatıraydım”
Bizi izləyin

Tabloid.az

Səidə Dadaşova: “Gərək pulumu daşınmaz əmlaka yatıraydım”

Müğənni Səidə Dadaşova indiyə qədər özünə gün ağlamadığına görə peşmançılıq hissi yaşayır.

Publika.az-ın məlumatına görə, müğənni "Space"in “Günaydın” verilişində keçmiş səhvlərini etiraf edib:

“Nə biznesim var, nə də daşınmaz əmlakım ki, kirayə verib dolanım. Maddi ehtiyaclarımı toylardan gələn qazancım hesabına ödəyirəm. Çox peşmanam ki, sənətə gəldiyim bu 20 il ərzində qazanc barədə düşünməmişəm. Ağlıma da gəlməyib ki, pulumu daşınmaz əmlaka yatırım, zamanı çatanda özümə bir gün ağlayım. Elə bilirdim, elə hər şey o vaxtkı kimi yaxşı gedəcək, toylarım bol olacaq. Amma belə olmadı, ayda üç toyum ola, ya olmaya. 16 yaşımdan el şənliklərinə gedirəm, bu sənətlə məşğulam, amma ortada bir şey yoxdur”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm