• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Murad Bozun 8 illik sevgilisindən gözlənilməz açıqlama - FOTOLAR

Murad Bozun 8 illik sevgilisindən gözlənilməz açıqlama - FOTOLAR

8 il sevgili olub, lakin xəyanət iddiaları ilə münasibətlərinə son qoyan Murad Boz və Eliz Sakuçoğlu arasında yeni qığılcım yaranıb.

Publika.az xəbər verir ki, Eliz Sakuçoğlu barışmaq istəyir. O, "İnstaqram" bloqunda keçmiş sevgilisini unutmadığını sübut edən şərh yazıb.

Eliz Sakuçoğlunun Murad Bozu unutmadığını göstərən şərhini təqdim edirik:

“Həyatıma günəş kimi nur saçdın, işığım oldun, getmək istədiyim yol oldun. Keçmişi səninlə paylaşdım, yaralarımı sənlə sağaltdım, sən gələcəyim oldun, bütün hədəflərimin adı səninlə bağlı oldu.

Sən bunlardan hələ xəbərsizsən. Amma o gün gələcək, səndən aldığım güclə yaratdığım bu dünyanın baş qəhrəmanı olduğunu sən də başa düşəcəksən. Bu dünyada hər kəsin bir ruh əkizi var. Onunla görüşmək ağrılı olur, o günə qədər doğru olduğunu güman etdiklərinizi mühakimə edirsiniz, sizi özünüzlə üzləşdirir, sərhədlərinizi müəyyən edir, səbir etməyi öyrədir.

Aranızdakı o güclü cazibə qüvvəsinə nə siz, nə də başqaları mane ola bilmir, o əlaqə bir dəfə elə qurulub ki, siz istəsəniz də, istəməsəniz də onu heç nə əvəz edə bilməz.

O adamı gördükdə nə bahasına olursa-olsun, onun üçün mübarizə aparın və həyatı onunla axarına buraxın. Zaman özü taleyinizi müəyyənləşdirəcək”.

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR