• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Nabat" mükafat aldı

"Nabat" mükafat aldı

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında peşəkar milli teatrımızın 142 illiyi qeyd edilib. Gecədə 7 nominasiya üzrə “Zirvə-2015” mükafatının təqdimatı olub.

Axar.az xəbər verir ki, “Kino” nominasiyasında bu mükafata Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” bədii filminin yaradıcı qrupu layiq görülüb.

“Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artisti, dirijor Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında isə YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova “Zirvə” mükafatı ilə təltif olunub. Qaliblərə mükafatın simvolu, diplom və pul mükafatı verilib. Qeyd edək ki, “Zirvə” mükafatı 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR