Mustafa Ərdoğan: ”Sevgilimə gül almışam” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mustafa Ərdoğan: ”Sevgilimə gül almışam” - FOTOLAR

Türkiyəli müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı və 3 oğlunun atası Mustafa Ərdoğan dünən gecə "8 Saniyə" filmində rol alan aktrisa Əsra İnalla görüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnal gecənin sonunda məkandan taksi ilə ayrılıb. Ondan sonra bayıra çıxan Ərdoğan "Esra xanımın filmi əsl möcüzədir, çox maraqlıdır. Onu təbrik etməyə gəlmişdim" – deyib.

Çiçək mağazasından gül alan Mustafa Ərdoğan "Olmayan sevgilimə gül almışam", - deyərək maşınına minib.

Xatırladaq ki, Mustafa Ərdoğan Gülbən Ərgənin ikinci evliliyini dəstəkləməmişdi. Həyatında heç kimin olmadığını, lakin yenidən sevmək istədiyini bildirmişdi.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm