Zamiqdən gözlənilməz duet - FOTOLAR\VİDEO
Bizi izləyin

Tabloid.az

Zamiqdən gözlənilməz duet - FOTOLAR\VİDEO

“Bu mənəm - 2” layihəsinin növbəti iştirakçıları bəlli olub.

Layihənin rəhbərlərindən biri Ülviyyə Bəbirlinin Publika.az-a verdiyi məlumatına görə, bu dəfə Zamiq Hüseynov layihəyə dəstəyini göstərib.

“Gərgin iş rejimi ilə çalışırıq. Disk üçün fotosessiyalar da hazırdır. Fotolar Cavid Səfərov tərəfindən çəkilib. Bu dəfə isə uşaqların sevimlisi olan Zamiq Hüseynov 13 yaşlı Şahanə Rzayeva ilə “Uşaqlıq illəri” adlı mahnı üzərində çalışıblar. Hər kəs üçün uşaqlıq illəri çox əzizdir. Ümid edirik, hər kəs çox bəyənəcək” - deyən layihə rəhbərləri “Bu mənəm -2” üçün yazılan duetlərin əksəriyyətinin hazır olduğunu bildirib.

Sözügedən mahnının da musiqisi Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Ruhiyyə Rüstəmovaya məxsusdur.

Qeyd edək ki, balaca Şahanə “İlin gənc aktrisası” mükafatına layiq görülüb.

Uşaqlara dəstək olaraq “Bu mənəm - 2” layihəsində yer alan müğənnilər arasında Tünzalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, əməkdar artist Xəyyam Mustafazadə, Əkbər və Gülnarə Rəhman var.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm