Məşhur aparıcı: “Kiprli vəkil sevgilim var”
Bizi izləyin

Tabloid.az

Məşhur aparıcı: “Kiprli vəkil sevgilim var”

Bir ay ərzində iki dəfə toya hazırlaşdığı xəbərləri çıxan Beyazıt Öztürk üsyan edib: “Hər gecə subay yatıb, səhər evli oyanıram!”- deyib.

Xatırladaq ki, Türkiyənin məşhur şoumeni və aparıcısı 46 yaşlı subay Beyazıt Öztürk haqqında bir neçə dəfə evlənəcəyi xəbərləri yayılıb. Onun keçən ay əsmər bir gözəllə evlənməyə hazırlaşdığı deyilirdi.

Bu həftə isə Şimali Kiprdə yaşayan bir vəkillə may ayında nişanlanacağı və nikah masasına oturacağı iddia edilib. Məşhur şoumen yalan evlilik hekayələri ilə bağlı Türkiyə mətbuatına açıqlama verib: "Altı ildir ki, Kiprə getmirəm. Sən demə, kiprli vəkil sevgilim var, buna çox sevindim, nə yaxşı... Bir də ki evləndikdən sonra Kiprdə yaşayacağam. (gülür)

Bursa, Eskişehir desələr, başa düşərəm. Çünki orada yaxınlarım, tanışlarım çoxdur. Amma Kiprə gediş-gəlişim belə yoxdur. Bu xəbərlər düz deyil. Axşam subay yatıram, səhər evli oyanıram”.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm