Almaniyada azərbaycanlı rəssamın pannosunun təqdimatı olacaq
Bizi izləyin

Tabloid.az

Almaniyada azərbaycanlı rəssamın pannosunun təqdimatı olacaq

Martın 20-də Kölndə Novruz bayramı şənliklərində Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun pannosunun təqdimatı olacaq.

Publika.az-ın məlumatına görə, panno bahar bayramına həsr edilib.

Ə. Heybətovun yaradıcılığı istər vətəni Azərbaycanda, istərsə də Avropada yaxşı tanınır. Panno onun Azərbaycana və onun ənənələrinə həsr etdiyi ilk əsər deyildir.

Rəssamın “Ulu Torpaq” pannosu Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Həmin əsərdə də bayramın milli tipajları, İçərişəhər, güləş və s. təsvir olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm