İradə ATV-də yıxılmağını ANS-də şərh etdi
Bizi izləyin

Tabloid.az

İradə ATV-də yıxılmağını ANS-də şərh etdi

Ötən gün ATV telekanalında qonaq olan müğənni İradə İbrahimova səhnəyə çıxarkən büdrəyib. Müğənninin köməyinə isə teleaparıcı Mətanət Əliverdiyeva çatıb. Publika.az xəbər verir ki, müğənninin büdrəməsi rezonans yaradıb. Məsələ o qədər müzakirə olunub ki, İbrahimova məsələyə ANS-in canlı yayımında münasibət bildirib.

“Dünən bir verilişdə ayağım burxuldu. Gecə, bəlkə də, bütün xınalar satıldı. Biri “gərək yıxılaydı”, digəri “oran görünəydi, buran görünməli idi” dedi. Niyə beləyik axı? Bir insan arıqlayıbsa, arıqlayıb da. Elə bil Azərbaycanın başqa problemi yoxdu. Bunlar hamısı bekarçılıqdandır. Kitab oxumasınlar, qəzet oxumasınlar. Belə şeylərə baş qoşsunlar ancaq. İradənin Ozan Colakoğludan mahnı alması isə heç kəsi maraqlandırmadı. Səhnədə ayağım büdrədi, təki həyatda büdrəməsin, hər kəsin ürəyi açıldı”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm