“Brilliantın çeçələ barmağının bildiyini....”
Bizi izləyin

Tabloid.az

“Brilliantın çeçələ barmağının bildiyini....”

Dadaşovlar ailəsindən bəstəkar da çıxdı. Publika.az xəbər verir ki, müğənni Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova tezliklə mahnılarını musiqisevərlərin ixtiyarına verəcək.

Bunu Brilliant Dadaşova və onun bacıları İradə və Lalə “Günaydın” verilişində açıqlayıblar. Sədaqət Dadaşovanın mahnılarını elə bacıları da oxuyacaq.

Verilişin aparıcısı Vüsalə Kərimovanın biri-birinə necə dəstək olduqları ilə bağlı sualını cavablandıran bacılar Brilliantdan çox şey öyrəndiklərini deyiblər.

Iradə Dadaşova bildirib ki, hamısı musiqiçi olan ailədə bildiklərini biri-birinə öyrədirlər:

“Mən Brilliantdan o qədər çox şey öyrənirəm ki... Biz evdə otururuq. Ancaq Brilliant, maşallah, oturmur. Öz üzərində daim işləyir. Bizi də həmişə danlayır”.

Lalə Dadaşova isə bacısı Brilliantla bağlı səslənən replikalara münasibət bildirib:

“Mən Brilliantın böyük bacısıyam. Ailədə hamımız musiqiçiyik. Son vaxtlar sosial mediada da, televiziya ekranlarında da bacımın ünvanına səslənən atmacalara rast gəlirəm. Ancaq demək istəyirəm ki, Briliantın musiqidə çeçələ barmağının bildiyini çox adamın heç başı da bilmir. Bunu mən bacı kimi yox, bir musiqiçi kimi deyirəm. Brilliant həm söz, həm də musiqi yazır. Elə bir müğənni yoxdur ki, Brilliantın kvintet akkordunu vura bilsin”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm