Hüseyn Dəryanın xatirə günüdür - FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Hüseyn Dəryanın xatirə günüdür - FOTO/VİDEO

“Nə qədər ki pul var, nə qədər ki qız var, kef elə!” Təsadüfi xatırlamadım, martın 15-i reper Hüseyn Dəryanın xatirə günüdür.

Publika.az-ın məlumatına görə, düz bir il əvvəl Dəryanın acı ölüm xəbərini aldıq. Sağ olsaydı, dostlarını başına yığıb, hay-küylü bir ad günü mərasimi keçirərdi, amma vaxtsız əcəl buna imkan vermədi. Bu gün onu oxuduğu replər və bizə buraxıb getdiyi xatirələrlə yad edirik.

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakıda anadan olub.

Dərya təkcə replərində vətənpərvərlik ruhu aşılamırdı, o özü də əsil vətənpərvər idi. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib.

İlk dəfə meyxana və muğamla repi sintez edən də Hüseyn Dərya olub. 2004-cü ildə “İlin ən yaxşı reperi”, “İlin ifaçısı” və “İlin albomu” nominasiyalarında mükafatlar alıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. “Yaşa, Azərbaycan” adlı prezident mükafatına da ilk dəfə layiq görülən reper Hüseyn Dərya olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm