Əməkdar artist özünə yeni ev aldı - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Əməkdar artist özünə yeni ev aldı - ÖZƏL

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu özünə yeni mənzil alıb.

Publika.az-a bu barədə aktyor özü məlumat verib: “Uzun illər idi ki, Sovetskidə yaşayırdıq. Amma ora söküləndən sonra yeni mənzilə köçmək məcburiyyətində qaldıq. Artıq şəhərin mərkəzində yeni mənzil aldım, üçotaqlı, geniş evdir. Amma köhnə məhəlləninin nostaljisi ilə yaşayıram. O evə öyrəşmişdim, teatra yaxın idi. O məhəllədə o qədər xatirələrim qalıb ki... Əsas odur ki, bu ev düşərli olsun. İnşallah, səhnə fəaliyyətimdə özümə yeni uğurlar arzulayram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm