İtalyan moda evinin 7 min dollarlıq qulaqcıqları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İtalyan moda evinin 7 min dollarlıq qulaqcıqları - FOTOLAR

Bu qulaqcığın qiyməti 7 min dollardır! “Dolce&Gabbana” və “Frends” şirkətinin əməkdaşlığı ilə istehsal olunan bu qulaqcıqların qiyməti 7 min dollardır.

Publika.az xəbər verir ki, “Dolce&Gabbana”-nın payız-qış kolleksiyasının nümayişi xüsusi olaraq analara həsr olunub. Milan Moda Həftəsi çərçivəsində təşkil olunan “Dolce&Gabanna” dəfiləsi bu dəfə maraqlı bir aksessuar hazırlayıb. Belə ki, zinət əşyaları və bahalı daş-qaşlarla bəzədilmiş qulaqcıqlar qonaqları da heyrətə gətirib.

7 min dollara satışa çıxarılacaq məhsulun bir qismi məxmər, gövdə hissəsi isə təmiz dəridən düzəldilib. Üzərindəki bəzəklər isə mirvari və qızılla işlənib.

Qədim İtalyan qəbiləsində yaşayan və “la mome” adlanan qadınlardan ilham alan dizaynerin məhsulunun hələlik ikisi bazara çıxarılıb. Podium şousu üçün istehsal olunan qırmızı və yaşıl qulaqcıqların hələlik alıcısı tapılmayıb.

Qulaqcıqların dizaynı “Dolce&Gabanna” brendinə məxsusdur. Məhsulun texniki təchizatı üçün məşhur “Frends” markası çalışıb. Minimalist cizgiləri tanınan qulaqcıq markası “Frends”in bu günə qədər satdığı “Teylor” adlı ən bahalı qulaqcıqların qiyməti 150 avro olub. Ancaq bu dizayn bahalı daş-qaşla işləndiyi üçün “Teylor” qulaqcıqlarından 35 dəfə daha bahalıdır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm