Məşhur dizayner tənqid atəşinə tutuldu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur dizayner tənqid atəşinə tutuldu - FOTOLAR

Londonda təmtəraqlı şəkildə “Aleksandr Makkuin. Vəhşi gözəllik” adlı sərgi açılıb. Publika.az xəbər verir ki, unikal ekspozisiyalardan ibarət kolleksiya Viktoriya və Albert Müzeyində təşkil edilib.

Mərhum Aleksandr Makkuinin möhtəşəm kolleksiyasını izləməyə bir sıra məşhurlar gəlsə də, jurnalistlərin diqqətini özünə çəkən Bekhemlər cütlüyü olub.

Dizayner Viktoriya Bekhem ənənəvi olaraq kameralar qarşısına həyat yoldaşı Devid Bekhem ilə əl-ələ tutaraq gəlib. Viktoriya başdan ayağa qara rəngdə geyinməklə tərzinə sadiq qalıb.

Gecəyə gələn qonaqlar Aleksandr Makkuin kolleksiyasından libaslar geyinsələr də, o, şəxsi geyim kolleksiyasından olan əlbisə ilə gecəyə təşrif buyurub.

Viktoriya Bekhem geyimi ilə qüsursuz görünsə də, makiyajı ilə gecənin ən çirkin siması olmağı bacarıb. Hər zaman təbii, gümrah görünməyi sevən 40 yaşlı Viki, bu dəfə yorğun və yaşlı görünüb.

Sosial şəbəkələrdə isə dizaynerin heyranları bu uğursuz makiyajın müəllifinin kim olması ilə bağlı ona minlərlə sual ünvanlayıblar. Viktoriya heç bir şərh bildirməyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm