• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın ən varlı və xoşbəxt gözəlindən gözlənilməz addım - FOTOLAR

Dünyanın ən varlı və xoşbəxt gözəlindən gözlənilməz addım - FOTOLAR

Dünyanın ən varlı modeli kimi tanınan model Jizel Bündxen daha podiuma çıxmayacaq. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünyanın ən varlı super modeli Jizel Bündxen 20 illik karyerasına Braziliyada son verəcək.

34 yaşlı Braziliyalı model Jizel Bündxen podiumlara maraqlı layihə ilə vida etməyə hazırlaşır.

Xatırladaq ki, Jizel modellik sayəsində topladığı sərvəti ilə “Ginnes Rekord”lar kitabında "Dünyanın ən varlı super modeli” kimi düşüb. “Dünyanın ən xoşbəxt qadını” statusunu isə Jizel uğurlu və illərdir ki, davam edən nikahına görə qazanıb.

O, 2000-2007-ci illər arasında “Victorias Secret”in mələklərindən biri olub.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR