“Mənim qırışlarımdan əl çəkin” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Mənim qırışlarımdan əl çəkin” - FOTOLAR

Bir çox Hollivud ulduzları təbii gözəlliyinin solması ilə barışa bilmir və plastik cərrahlardan yardım alırlar. Gəncləşmək üçün tez-tez plastik cərrahlara müraciət edirlər. Lakin nəticələr həmişə müsbət alınmır.

Aktrisa Keyt Uinslet isə bu yaxınlarda verdiyi müsahibədə etiraf edib ki, o, öz görkəmini saxlamağa üstünlük verir. Müasir gəncləşmə üsulları tətbiq etməkdən imtina edir. Aktrisa “Neynək, yaşlanmaq qaçılmazdır. Qoy mənim qırışlarım öz yerində qalsın. Onları aradan qaldırmaq üçün hər hansı üsullara əl atmaq fikrində deyiləm. Qırışlarımdan əl çəkin” – söyləyib.

Müasir dövrdə qadınların cavanlaşması üçün çox asan, hətta ağrısız-filansız metodlar təklif olunur. Bütün qadınlar gəncliyini qorumaq üçün hər şeyi qurban verməyə hazır olduğu bir vaxtda Keyt Uinslet bu üsulları həm də ələ salıb. 39 yaşlı aktrisa ideal bədən ölçüləri ilə bağlı bağlı zarafatlar edib.

“Mən hər zaman özüməinamlı xanım olmuşam. Bir şeyi dəqiq deyə bilərəm ki, öz bədən quruluşumu çox sevirəm. Məndə kişilərin arzuladığı omba və sinələr var” - deyib.

Qeyd edək ki, Uinslet əvvəliki müsahibəsində müsahibəsində tamam fərqli fikirlər söyləmişdi. Belə ki, o, makiyajdan əvvəl yaşlılıq əleyhinə zərdabdan fəal şəkildə istifadə etdiyini bildirmişdi.

Keyt Uinslet “Bu, əsl sehrdir! Mən onu makiyaj etməzdən əvvəl hər gün istifadə edirəm, dərini nəmləndirmək üçün əla vasitədir. Mənim artıq 39 yaşım var. Bunun üçün istənilən yardım mənim xeyrimədir” demişdi.

Bununla belə, demək olmaz ki, Keytin narahatlıq üçün səbəbləri var. O, daim çəkilişlərdə olmasına baxmayaraq, hələ də çox gözəl görünür.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm