İlhamə Quliyeva atasının kimliyinə aydınlıq gətirdi
Bizi izləyin

Tabloid.az

İlhamə Quliyeva atasının kimliyinə aydınlıq gətirdi

Vikipedia onlayn ensiklopediyasında Azərbaycanın xalq artisti İlhamə Quliyevanın atasının kimliyi barədə müəmmalı qeyd yer alıb. Şöhrət ordenli sənətçimizin atasının adı Həbib və ya Məzahir olaraq qeyd olunub. Publika.az xəbər verir ki, məsələni ATV kanalı araşdırıb.

“Mən Quliyeva İlhamə Məzahir qızıyam. “Şöhrət” ordeni alanda vəsiqəmə 5 yaşından məni saxlayan Həbib müəllimin adını qeyd ediblər. Həbib Bayramov ataların atasıdır. Amma mənim doğma atam, sənədlə atam Məzahir müəllimdir. Buna düzəliş vermək olar. Bakı balaca şəhərdir. Hamı tanıyır kimin atası kimdir, kimin neçə yaşı var, kimin əri ola-ola məşuqu zərgərdir...”

İlhamə xanım bahalı daş-qaşları və valideynlərindən ona qalan mirasdan da danışıb.

“Məzahir müəllim Lənkəranda prokuror olanda mən dünyaya gəlmişəm. Mən Lənkəranda doğulmuşam. 5 yaşım olanda isə Həbib müəllimlə anam Tükəzban xanım ailə qurub. Bu vaxt Məzahir müəllim Şəki şəhərində prokuror olub. Mən köklü ailənin nümayəndəsiyəm. Mən ailənin bir övladı olmuşam. Mənə doğma atamdan da miras qalıb. Hamısı mənə qismət olub”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm