Elnarə Türkiyədə konsert verəcək
Bizi izləyin

Tabloid.az

Elnarə Türkiyədə konsert verəcək

Müğənni Elnarə Xəlilova Türkiyədə məşhur Enbe Orkestri ilə konsert verəcək.

Publika.az xəbər verir ki, TRT Avaz telekanalının təşkil etdiyi musiqi axşamı Novruz Bayramı münasibəti ilə təşkil olunur. İki saat davam edəcək konsert martın 21-də TRT Avaz telekanalı ilə canlı yayımlanacaq. Elnarənin konsert repertuarında xalq və klassik Azərbaycan mahnıları yer alacaq.

Qeyd edək ki, E. Xəlilova səhnəni Türkiyənin ustad sənətçisi Kubatla bölüşəcək. Konsertdə Kubatla Elnarənin tamaşaçılar üçün sürprizi gözlənilir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm