• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bərgüzar Korel qurabiyə bişirib satacaq

Bərgüzar Korel qurabiyə bişirib satacaq

Rol aldığı serialdan hər ay 120 min lirə gəlir əldə edən aktrisa Bergüzar Korel daha çox pul qzanmaq üçün özünə biznes qurmağa qərar verib.

Publika.az xəbər verir ki, aktrisalığa davam etsə də, əlavə gəlir yerinin də olmasını istəyən gözəl aktrisa qurabiyə mağazası açmağa qərar verib.

Dostlarının və tanışlarının onun bişirdiyi qurabiyələri və keksləri çox bəyəndiyini bildirən Bərgüzar Korel Cihangirdən mağazası üçün məkan kirayə götürəcəyini bildirib.

Deyilənlərə görə, həmin bölgədə kirayə haqqının yüksək olması aktrisanın kefini pozub. Buna baxmayaraq, axtarışlarına davam edən Bərgüzar Korel həyat yoldaşı Halit Ərgəncin də dəstəyi ilə yaxında öz əlləri ilə hazırladığı qurabiyələri satmağa başlayacaq.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR