• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tuba Böyüküstün 33 yaşında dünyanın ən gözəl hədiyyəsini alacaq - FOTOLAR

Tuba Böyüküstün 33 yaşında dünyanın ən gözəl hədiyyəsini alacaq - FOTOLAR

Tuba Böyüküstünün heyranları iyul ayında 33 yaşını qeyd edəcək sənətçiyə qeyri-adi jest etməyə hazırlaşırlar. Belə ki, aktrisanın 21 ölkədəki fanatları 50 metr uzunluğundakı kağıza ürək sözlərini yazıb hədiyyə edəcəklər. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu layihəyə artıq start verilib.

Uzunluğu 50 metrə yaxın olan rulon növbə ilə ölkələrdəki heyran nümayəndələrinə göndərilir. Mesajların yazıldığı rulonu müvafiq olaraq Almaniya, Mərakeş, Kanada, Amerika, (Nyu-Cersi, Virciniya və Texas ştatları) Azərbaycan, həmçinin Gürcüstana göndərmək nəzərdə tutulub.

Minlərlə insanın duyğularını əl yazısı ilə qələmə aldığı rulon şəkilli məktub daha sonra Misir, Tunis, Səudiyyə Ərəbistanı, Fransa, İngiltərə, Belçika, İsveçrə, Avstriya, Bolqarıstan, Danimarka, Finlandiya, İsveç, Kosovo və Yunanıstana göndəriləcək. Sonda isə son Türkiyəyə çatdırılacaq.

Xatırladaq ki, Tuba Böyüküstünün fanatları keçən ay aktrisaya həsr etdikləri şeir və rəsmlərdən ibarət olan “Qarşılıqsız sevgi” adlı yalnız bir ədəd nəşr olunmuş kitab hədiyyə etmişdilər. Fanatlar bir-biri ilə internet vasitəsilə əlaqə saxlayırlar.

Tuba Büyüküstün bu yaxınlarda “MBC”-də yer alan araşdırmalarda ən çox bəyənilən və danışılan türkyəli aktrisa olub. Aktrisanın rəsmi “Facebook” hesabının izləyici sayı isə 4 milyonu keçib.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR