Londonda “Xəzərin işıqları” adlı konsert keçirilib - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Londonda “Xəzərin işıqları” adlı konsert keçirilib - FOTOLAR

Martın 12-də Londonda “Guildhall” zalında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə London Kral Simfonik Orkestrinin ifasında “Xəzərin işıqları” (Caspian Lights) adlı Azərbaycan musiqisi konserti keçirilib.

Publika.az-ın məlumatına görə, konserti “BUTA” İncəsənət Mərkəzi təşkil edib və "Kaspian Korridor" konfransı və Londonda “İkinci Buta” Azərbaycan Mədəniyyəti Festivalı çərçivəsində baş tutub.

Konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Nurlan Növrəsli (vokal), Selcan Nəsibli (soprano), Nəzrin Rəşidova (skripka), həmçinin “RSVP Voices” kişi xoru iştirak edib.

Konsert Tofiq Quliyev, Niyazi, Rəşid Behbudov kimi korifeylərin konsertlərindən, habelə Azərbaycan filmlərindən kadrlarla müşayiət olunub.

Akram Xan truppası “Buta” festivalının son həftəsinin cəmi iki axşamında çıxış edəcək. Truppa Şahin Növrəslinin və onun musiqiçilərinin müşayiəti ilə Londonun ən yaxşı rəqs səhnələrindən birində tamaşaçılara improvizə edilmiş rəqs təqdim edəcək.

Festival Azərbaycan rəssamlarını, musiqiçilərini və ifaçılarını bir yerə cəmləşdirib. Onlar “Ronnie Scott’s” caz klubunda, “Royal Albert Hall”da, “Saatçi” və “Sotbis” qalereyalarında keçirilən müxtəlif tədbirlərdə və sərgilərdə öz yaradıcılıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, “Buta” festivalı 2014-cü ilin noyabrından start götürüb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm