• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gülnarə Xəlilova əl işlərini üzə çıxardı - FOTOLAR

Gülnarə Xəlilova əl işlərini üzə çıxardı - FOTOLAR

Azərbaycanın paytaxtında “Baku Fashion Night 2015” moda həftəsinin ikinci günü keçirilib.

Publika.az-ın məlumatına görə, gecə Azərbaycanın məşhur modelyer-dizayneri Gülnarə Xəlilovanın möhtəşəm kolleksiyaları ilə açılıb.

Məşhur modelyer-dizayner “İlham” və “Sehrli ilmələr” kolleksiyalarından ziyafət paltarlarını və əl işi olan toxunma geyimləri təqdim edib.

Maraqlıdır ki, “Sehrli ilmələr” kolleksiyası dəfələrlə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib. Ötən il bu kolleksiya “İpək Yolu” III Avrasiya beynəlxalq geyim festivalında ilin “Master Exibition & Performance Award” fəxri mükafatına layiq görülüb. Ağ toxunma paltar isə “Beauty of the World” beynəlxalq müsabiqəsində “Ziyafət geyimləri” nominasiyasının ən yaxşısı seçilib. Məhz həmin geyimlə dəfilə yekunlaşıb.

Dəfilənin əsas modeli isə “Best Model of the World”-ün ikincisi, “Best Model of Azerbaijan”-ın qalibi, aktrisa Günay Musayeva olub.

Kolleksiyalar Türkiyədən gəlmiş fəxri qonaqlar, məşhur modelyer-dizaynerlər - türk modasının baniləri Yıldırım Mayruk, eləcə də Barbaros Şansal tərəfindən yüksək qiymətləndirilib.

Final günü isə türk modasının banisi Yıldırım Mayrukun “Pret-A-Porter” vida yubiley kolleksiyası təqdim olunub. Gecənin sonunda Yıldırım Mayruka və Barbaros Şansala Gülnarə Xəlilovanın moda evi adından milli motivlərin əks olunduğu əl işlərindən ibarət hədiyyələr verilib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR