Səməd Səmədov hansı xalq artisti ilə birləşdi? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Səməd Səmədov hansı xalq artisti ilə birləşdi? - FOTOLAR

Xalq artisti Səməd Səmədov yeni layihələrindən danışıb.

Publika.az-a danışan sənətçi xalq artisti Flora Kərimova ilə duet oxuduğunu deyib: “Hər zaman olduğu kimi yaradıcılıq işlərimi fasilə vermədən davam etdirirəm. Hər il ifa etdiyim yeni mahnıdan ən azı 2 bəstə hit olur. Bu da bir ifaçı kimi məni sevindirir. 2015-ci il başlayandan yeni mahnılar lentə aldırmışam. Onların arasında Azərbaycanın xalq artisti Flora Kərimova ilə ifa etdiyim duet də var. Duetimiz 6-8 ritmdədir. Flora xanım bu günə qədər 6-8 ritmdə mahnı ifa etməmişdi. Maraqlı alındığını deyə bilərəm. Həmin dueti bir neçə günə dinləyicilərin ixtiyarına verəcəyik. Bundan əlavə hazırda bütün diqqətimi həyata keçirəcəyim layihəyə yönəltmişəm. Həmin layihənin nədən ibarət olduğunu öncədən demək istəmirəm. Düşünürəm ki, həmin layihə maraqla qarşılanacaq. Bunun üçün foto-kameralar önünə keçərək müxtəlif obrazlarda fotosessiya da etdirmişəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm