Hülya Avşar canlı yayımda həddini aşdı
Bizi izləyin

Tabloid.az

Hülya Avşar canlı yayımda həddini aşdı

“Twitter” istifadəçiləri canlı yayımda həddini aşan Hülya Avşara qəzəblənib.

Publika.az Okan Bayülgenin proqramına gözlənilmədən qatılan Hülya Avşar aktyor Engin Hepiləriyə canlı yayımda xoşagəlməz sözlər söyləyib. O, "Sənin oynadığın teatr səhnəsində çox darıxdım, o qədər pis idi ki, hərarətim qalxdı. Allahım, elə zənn etdim ki, ölürəm", – deyib.

Hülyanın bu sözləri sosial şəbəkədə sərt reaksiya ilə qarşılanıb. “Twitter” istifadəçiləri Avşarı tənqid atəşinə tutub: "Hülya, sənə ayıb olsun, özünün gördüyü bütün işlər guya həmişə yaxşı olur? Hülya Avşar sayıqladı, sənətçi ilə hörmətsiz rəftar etdi. Engin sağ olsun, yenə də kübar davrandı" kimi sözlər yazılıb.

Engin isə Hülya Avşarın sözlərinə "Bunu mənə ötən görüşdə də demişdiniz” - deyə cavab verib.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm