• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ramiz Əzizbəylidən xəbər var: “İnsult məni aparacaq”

Ramiz Əzizbəylidən xəbər var: “İnsult məni aparacaq”

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində müsbət irəliləyişlər var.

Bu barədə Publika-az-a aktyor özü məlumat verib: “İnsult xəstəliyi elədir ki, qısa vaxt ərzində bu xəstəlikdən qurtulmaq mümkün deyil. Gərək mütəmadi müalicə alasan, özünü gözləyəsən, əsəbiləşməyəsən. Məni də, deyəsən, elə bu insult aparacaq. Söz yox ki, irəliləyişlər var, amma tam sağalmamışam. Həkim nəzarəti altında müalicəm davam edir. İynələr vurulur, dərmanlar qəbul edirəm. Ara-sıra çölə-bayıra çıxsam da, yaradıcılığıma qayıda bilmirəm. Heç bilmirəm indən belə kinoya çəkilə biləcəyəm, ya yox. Bunu düşünmək belə mənə əziyyət verir.”

Xatırladaq ki, aktyor uzun bir ilə yaxındır ki, insult xəstəliyindən əziyyət çəkir.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR