“Səhra Almazı” üzə çıxdı - FOTO
Bizi izləyin

Tabloid.az

“Səhra Almazı” üzə çıxdı - FOTO

Azərbaycanın yeni filmi olan “Səhra Almazı”nın təqdimatı olub.

Publika.az-ın məlumatına görə, tanınmış sənət adamlarının qatıldığı gecədə filmlə bağlı məlumat verilib.

Qeyd olunub ki, komediya janrında çəkilən film Cənubi Afrika Respublikasının dəstəyi ilə ərsəyə gəlib.

“Səhra Almazı” adlanan filmin rejissoru Emin Əhmədov ekran işində həm də aktyor kimi iştirak edir. Filmin çəkilişlərinin bir hissəsi Afrikada lentə alınıb. Filmdə baş rolu müğənni Fuad Dadaşov canlandırıb.

Film tezliklə paytaxt kinoteatrları ilə yanaşı, bölgələrdə də nümayiş olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm