Miri Yusif “Yarımdünya”sını üzə çıxardı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Miri Yusif “Yarımdünya”sını üzə çıxardı - FOTOLAR

Park Cinema da “Yarımdünya” filminin treylerinin, habelə filmin müsiqisi üçün Miri Yusif tərəfindən xüsusilə hazırlanan “İstə” mahnısının premyerasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, mahnının söz və musiqisinin müəllifi ifaçı özüdür və o, filmdə əsas rollardan birini oynayıb.

Bədii film Azərbaycanın ən məşhur müğənnilərindən biri üçün ilk təcrübədir və treylerə istinadən qeyd etmək olar ki, çox uğurlu bir debüt olacaq. Tanınmış teleaparıcı, prodüser və filmdə baş rollardan birində çıxış edən Tural Əsədovun sözlərinə əsasən, filmin yaradılmasına ruhlandıran amil Miri Yüsifin eyni adlı (“Yarımdünya”) mahnısı olub.

“Yarımdünya” filmi tanınmış türkiyəli rejissor və kinoaktyoru Osman Albayrak üçün tammetrajlı filmdə debütü olub. Albayrak filmin ssenarisi yazıb, çəkib və prodüseri kimi çıxış edib.

Filmin süjeti iki yaxın dost, Anar və Fuad, və gözəl Dəniz arasında sevgi üçbucağı ətrafında cərəyan edir. Talelərində artıq bir dəfə bu sınaqdan keçən dostlar bu xoşagəlməz hal ilə yenidən qarşı-qarşıya gəlirlər, lakin sevginin onları hara aparacağını bilmirlər.

Melodramda Gülsara Rzayeva, Osman Albayrak, Kamran Ağabalaev, Pərvin Abıyev, Qurban İsmayılov, Abbas Qəhrəmanov və başqaları çəkilib.

Aprelin 9-da ölkənin bütün kinoteatrlarında filmin premyerası olacaq.

Cəvahir

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm