Bakıda Novruz atəşfəşanlığı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bakıda Novruz atəşfəşanlığı - FOTOLAR

Bakıda İlaxır Çərşənbəsi ilə əlaqədar incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.

Milli geyimli oğlan və qızlar Novruz personajlarının iştirakı ilə musiqi sədaları altında Atəşgahdan od gətirib. Həmin odla saat 19:00-da Qoşa Qala qapısının qarşısında meydanında tonqal yandırılıb. Bundan sonra bayram konserti və atəşfəşanlıq başlayıb.

Martın 19-da da Bakıda Dənizkənarı Bulvarda bayram tədbiri keçiriləcək. Tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Atəşfəşanlığın da həmin gün olması nəzərdə tutulub.

Hökumətin qərarı ilə martın 20-dən 26-a qədər Azərbaycanda Novruz Bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilib.

Fotolar Trend-ə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm