Günay Musayeva mükafat alacaq
Bizi izləyin

Tabloid.az

Günay Musayeva mükafat alacaq

Türkiyədə fəaliyyət göstərən model-aktrisa Günay Musayeva “İstanbul Fashion Week” dəb həftəsində iştirak edəcək. Bununla yanaşı Günaya yaxın günlərdə Kipr Universitetinin mükafatı da təqdim ediləcək. Universitet tələbələrinin arasında keçirilmiş qapalı səsverməylə həmyerlimiz ilin ən yaxşı modeli kimi mükafatlandırılacaq.

Bu yaxınlarda Bakıda qonaq olan və “Baku Fashion Nights” dəb nümayişində modelyerlər Gülşən İbrahimova, Gülnarə Xəlilova və Yıldırım Mayrukun kolleksiyalarının nümayişində çıxış edən model martın 22-də yenidən şəhərimizin qonağı olacaq.

Publika.az xəbər verir ki, Günay Nizami Kino Mərkəzində media nümayəndələri ilə görüşməyi düşünür. Aktrisa rol aldığı “Kod adı KOZ” filminin təqdimatı üçün Bakıya gələcək. Mətbuat konfransında model bir çox məqamlara aydınlıq gətirəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm