Namiq Qaraçuxurlu tamaşaçıları aldatmağından danışıb
Bizi izləyin

Tabloid.az

Namiq Qaraçuxurlu tamaşaçıları aldatmağından danışıb

Meyxanaçı Namiq Qaraçuxurlu tamaşaçıları aldatmağından danışıb. Publika.az xəbər verir ki, meyxanaçı bu haqda ATV telekanalına açıqlama verib.

“Bəzi insanlar kitab dilində danışır. Başa düşürsən ki, bu adam çoxlu kitab oxuyub. Görürsən içində düşüncə və məntiq yoxdur. Amma danışığı ilə insanları aldada bilir. Meyxana sahəsində də belə insanlar var. Mən sənətə yeni gəlmişdim. Meyxanalarda ərəb və fars sözlərindən istifadə edirdim. Dinləyicilər də qulaq asanda elə bilirdilər bu kimdirsə, çox savadlı adamdır. Əslində isə içində elə bir məna yox idi. Hətta qəzəliyyatda da bu var. O qədər qəliz sözlər yığırlar ki, baxırsan gözəl görünür. Amma içinə girirsən elə bir şey yoxdur. Əliağa Vahid bütün bunları sadələşdirdi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm